DÜNYA


Livanda yayılan vəba xəstəliyi 14 nəfərin həyatına son qoyub

Livanın Səhiyyə Nazirliyi oktyabrın 6-dan başlayaraq ölkənin şimalında yayılan vəba epidemiyasının ağır fəsadlar doğurduğunu bildirib.
AZƏRTAC Livan mediasına istinadla xəbər verir ki, nazirliyin məlumatında son günlər 14 vəba xəstəsinin vəfat etdiyi qeyd olunub. Bundan başqa, son iki gün ərzində daha 110 nəfər bu xəstəliyə tutulub və xəstələrin ümumi sayı 913-ə çatıb.