DÜNYA


Londonda neft və qaz yataqlarının işlənməsinə qarşı olan fəallar avtosalonları boyadılar

Yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxan “Just Stop Oil” ətraf mühit fəalları Böyük Britaniyanın paytaxtı Londonun mərkəzindəki bir sıra avtosalonları boyayıblar. “Bentley”, “Bugatti” və “Ferrari” dilerlərinin binaları “narıncı zərbə altında” qalıb. Etirazçılar Böyük Britaniyanın 2025-ci ildə 46 yataqda neft və qaz hasilatına başlamaq planına etiraz ediblər.