CƏMİYYƏT


Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi növbəti terror aktından iki il keçir

2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə beynəlxalq hüquqla qadağan edilmiş kasetli bombalardan istifadə olunmaqla zərbələr endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.AZƏRTAC-ın bölgə müxbiri o günlərə xilasedicilərin gözündən bir daha nəzər salıb, şahid olduqları terrorun dəhşətini onların dilindən dinləyib.