DÜNYA


“Çin Şərq Hava Yolları” C919 sərnişin təyyarəsinin ilk istismarçısı olacaq

“Çin Şərq Hava Yolları” şirkəti yerli istehsal olan dar füzelyaja malik C919 sərnişin təyyarəsinin ilk istismarçısı olacaq.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsal etdiyi C919 sərnişin təyyarələrinin ilk partiyası dekabrda sifarişçiyə təqdim olunacaq. “Çin Şərq Hava Yolları” şirkəti C919 təyyarəsini ilkin mərhələdə daxili uçuşlarda istifadə edəcək.