Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının arasında Niyyət Bəyannaməsi imzalanıb

28.10.2022 [17:29]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının birinci toplantısının iştirakçıları Şuşa şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin birinci hissəsində - oktyabrın 27-də Bakıda keçirilən toplantıda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasimi keçirilib.