MƏDƏNİYYƏT


Stokholmda Zəfər Günü münasibətilə fotoqraf Mikael Silkebergin “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı keçirilib

İsveçin paytaxtı Stokholmda Zəfər Günü münasibətilə fotoqraf Mikael Silkebergin “Xarıbülbül əfsanəsi” adlı sənədli filminin təqdimatı keçirilib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə İsveçdə akkreditə olunmuş diplomatik korpusun, türk və Azərbaycan diasporunun və İsveç ictimaiyyətinin nümayəndələri habelə, KİV təmsilçiləri iştirak edib.