İtaliyada yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
29.10.2022 [10:23]
Xəbərin mətni
İtaliyada “Canadair CL-415” tipli yanğınsöndürən təyyarə Siciliya adasındakı Etna dağı ətrafında meşə yanğını ilə mübarizə apararkən qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində iki pilotun cəsədinin tapıldığı bildirilib.