CƏMİYYƏT


Türkiyə Səyyahlar Klubunun üzvləri Ağdamda erməni vandalizmi ilə tanış olublar

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyahətçilər Şuşa şəhərindən sonra Ağdama gəliblər. Onlar səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.