Horadiz-Ağbənd dəmir yolu xətti üzərində Türk marşı və Azərbaycanın Dövlət himni səsləndirilib
31.10.2022 [11:06]
Xəbərin mətni
Türkiyə Səyyahlar Klubunun üzvləri Horadiz-Ağbənd dəmir yolu xətti üzərində Türk marşı və Azərbaycanın Dövlət himnini səsləndiriblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkiyə Səyyahlar Klubunun beynəlxalq səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar bu gün Zəngilanda olublar.