DÜNYA


Seuldakı Hellouin faciəsində ölənlərdən 26-sı əcnəbidir

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 154-ə çatıb.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, faciə nəticəsində 149 nəfər xəsarət alıb. Onlardan 33 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə əlaqədar yaradılmış fövqəladə qərargahın məlumatına əsasən, ölənlər arasında 14 xarici ölkənin 26 vətəndaşı var. İranın 5, Çin və Rusiyanın hərəsinin 4, ABŞ və Yaponiyanın hərəsinin 2, habelə Fransa, Avstraliya, Norveç, Avstriya, Vyetnam, Tailand, Qazaxıstan, Özbəkistan və Şri-Lankanın hərəsinin bir vətəndaşı faciənin qurbanı olub.