CƏMİYYƏT


Türk səyyahlar Ağalı kəndinə səfər ediblər

Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar bu gün Zəngilanda olublar. Ağalı kəndinə gələn səyyahları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qarşılayıb. Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib.