CƏMİYYƏT


Türkiyə Prezidenti: Qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik

Qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik. Hazırda biz dünyanın yalnız iqtisadiyyat kimi məsələlər deyil, artıq insanın var olma anlayışı çərçivəsində inkişaf etdiyini görürük. Əsrlərdir yaşadığımız təcrübələrin qarşımıza qoyduğu tablolardan aldığımız dərslər var. Qlobal aləmdə yayılan bu tablo hərtərəfli müzakirələr tələb edir. Dünyadakı hər bir şeyi bir əşya, xam maddə kimi görən anlayışın insanlara da eyni cür baxması qaçınılmazdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dünyası Tibb Konqresində çıxışı zamanı ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır