Çinin kosmik stansiyasının növbəti laboratoriya modulu orbitə çıxarılıb
31.10.2022 [16:44]
Xəbərin mətni
Çinin kosmik proqramının vacib mərhələsi olan kosmik stansiyasının quraşdırılması üçün “Mengtian” modulu orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, 20 ton çəkisi olan modulu orbitə aparan “Böyük yürüş-5B Y4” (Long March-5B Y4) raketdaşıyıcısının buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxta 15:37-də (Bakı vaxtı ilə 11:37) baş tutub.