CƏMİYYƏT


Göyçayda yol qəzasında ölən və yaralananlar var

Göyçayda baş verən yol qəzasında ölən və yaralananlar var.AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Alpoud yolunda, rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə, Göyçayın Şahsoltanlı kənd sakini Ramin Ağayevin sükanı arxasında olduğu 23 BX 938 dövlət qeydiyat nişanlı “VAZ 21099” markalı avtomobil hərəkətə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücünün avtomobildə sərnişin qismində olan qardaşı 51 yaşlı Ağayev Ziyaməddin Mirsalik oğlu hadisə yerində ölüb. Yol qəzası zamanı maşında xəsarət alan digər sərnişinlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı Göyçay rayon Polis şöbəsində araşdırma aparılır.