Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Komando hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib

01.11.2022 [12:55]

Xəbərin mətni

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.
Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər.