Azərbaycan Dövlət İnformasiya Agentliyi

Los-Anceles aeroportunda qaz sızması nəticəsində dörd işçi zərər çəkib

01.11.2022 [13:25]

Xəbərin mətni

Bazar ertəsi Los-Anceles beynəlxalq aeroportunun yardımçı binasında karbon qazı sızması nəticəsində dörd işçi zərər çəkib.
AZƏRTAC Los-Anceles yanğından mühafizə idarəsinin nümayəndəsi Brayan Hamfrinin bəyanatına istinadla xəbər verir ki, zərərçəkənlərdən biri ağır vəziyyətdədir. Digər zərərçəkənlərə - iki kişiyə və bir qadına hadisə yerində kömək göstərilib.