CƏMİYYƏT


Özünü nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır