CƏMİYYƏT


Sabirabadda növbəti Zəfər Forumu keçirilib

Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı noyabrın 2-də Sabirabad rayonu olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.