CƏMİYYƏT


Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri təşkil olunub

Noyabrın 3-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri start götürüb.
AZƏRTAC xəbər verir ki, noyabrın 5-dək davam edəcək sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçiriləcək. Sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr əldə etmək, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır