CƏMİYYƏT


Abşeron rayonunda 7 evdən oğurluqedən şəxslər saxlanılıblar

Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Mənzilin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib.