CƏMİYYƏT


Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı Fəaliyyət Planı imzalanıb

Noyabrın 4-də İstanbulda “Azərbaycan və Türkiyə Hökumətləri arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri xanım Dərya Yanık imzalayıblar.