Qubada külli miqdarda narkotik vasitə aşkarlandı
05.11.2022 [14:20]
Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizovu saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və özünə məxsus evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.