DÜNYA


Dubayda göydələn binada güclü yanğın baş verib

Dubayda dünyanın ən hündür binası olan Bürc-Xəlifənin yaxınlığındakı 35 mərtəbəli göydələndə güclü yanğın baş verib.AZƏRTAC xəbər verir ki, əsasən əcnəbilərin yaşadığı binanın aşağı mərtəbəsində başlayan yanğından sonra alovlar göydələnin bütün eksteryerini bürüyüb. Əraziyə çoxlu sayda yanğınsöndürmə maşınları cəlb olunub və bina sakinləri otellərə köçürülüb.Dubay mediasının verdiyi son məlumata görə, artıq yanğın söndürülüb. İnsidentdə xəsarət alanların olmadığı bildirilir.