Almaniyadakı Azərbaycan diasporu Zəfər Gününə həsr edilmiş videoçarx hazırlayıb
08.11.2022 [09:50]
Xəbərin mətni
Almaniyadakı Azərbaycan diasporu Zəfər Gününə həsr edilmiş, vətənpərvərlik hissləri ilə dolu, emosional videoçarx hazırlayıb.AZƏRTAC xəbər verir ki, həmvətənimiz Naibə Tural 2020-ci ili 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun igidliyini əks etdirən videokadrlarda Mətanət Duyğulunun poetik nəsrini deklamasiya janrında təqdim edib.