CƏMİYYƏT


Türkiyə səfiri və Çorum bələdiyyəsinin nümayəndə heyətinin Qarabağa səfər ediblər

Türkiyə səfiri, Türkiyə Çorum Bələdiyyəsinin sədri və nümayəndə heyətinin Qarabağ İqtisadi rayonuna səfəri başlayıb. Qonaqlar öncə Füzuli rayonuna gəlib.AZƏRTAC-ın Qarabağ İqtisadi rayonuna ezam olunan bölgə müxbiri xəbər verir ki, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara, yerlə-yeksan edilən yurd yerləri ilə tanış olacaqlar. Həmçinin işğal zamanı ermənilər tərəfindən müdafiə zolağı kimi istifadə edilən minalanan ərazilərə baxış keçiriləcək.