CƏMİYYƏT


Qarabağda tarixi gün: Çorum və Füzuli şəhərlərinin Qardaşlaşma sənədi imzalanıb

Türkiyə səfiri və Türkiyə Çorum Bələdiyyəsinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilən Füzulidə olublar. Qonaqlar rayon ərazisində ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəni abidələrlə, həmçinin azad olunan yurd yerlərimizdə dövlətimiz tərəfindən aparılan tikinti quruculuq işləri ilə tanış olublar.