Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü ilə bağlı xüsusi videoçarx Yaponiyanın internet resurslarında paylaşılıb

08.11.2022 [12:02]

Xəbərin mətni

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin (AYDM) təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə görə hazırlanmış xüsusi videoçarx Yaponiya saytlarında yayımlanıb və sosial şəbəkələrdə paylaşılıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən AYDM-nin sədri Xəlil Kələntər bildirib ki, mərkəzin təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxın əsas məqsədi ölkəmizin iki il əvvəl qazandığı böyük Qələbə barədə yapon ictimaiyyətini məlumatlandırmaqdır.