Zəfər Gününə həsr olunmuş “Sülh üçün çal” layihəsi təqdim edilib
08.11.2022 [15:58]
Xəbərin mətni
Fransada yaşayan tanınmış musiqiçi Etibar Əsədli 8 Noyabr - Zəfər Günü münasibətilə “Sülh üçün çal” (Play for Peace) adlı layihəsini gerçəkləşdirib.Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildirilib ki, DİDK-nin dəstəyi ilə ərsəyə gəlmiş layihədə Etibar Əsədli ilə birlikdə dünyanın müxtəlif ölkələrində yaşayan müğənnilər - Caribbean Nelly, Mila Miles, Lynn Adib, Haruni, Röya və Rizvan dueti, Sadiq Ağamliyev, Ella, musiqiçilər İbrahim Məmmədov (tar), Kostas Fortsas (kaval), Onur Çalışkan (klarnet), Ələfsər Rəhimov (balaban), Conatan Grande (zərb alətləri), Ozan Burcan (kamança) və başqaları Azərbaycanın “Ay Lolo” xalq mahnısını yeni oranjemanda təqdim ediblər.