SİYASƏT


Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlıq planına uyğun olaraq noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.Mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.