Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moldova parlamentinin sədri: Şuşa məndə xoş təəssürat oyadıb

08.11.2022 [16:53]

Xəbərin mətni

Moldova parlamentinin binasında 8 Noyabr - Zəfər Günü münasibətilə fotoşəkillərdən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin rəsmi açılış mərasimində Moldova parlamentinin sədri İqor Qrosu, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, deputatlar və yerli KİV-lər iştirak ediblər.