MƏDƏNİYYƏT
Londondakı “Qarabağ” məktəbinin Zəfər Günü münasibətilə videoklipi təqdim edilib
08.11.2022 [17:21]
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında onlayn formatda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 8 noyabr - Zəfər Gününə həsr olunmuş videoklip hazırlanıb.Klipdə ifa edilən “Dostluq” himninin sözləri və musiqisi məktəbin musiqi müəllimi Dr. Səadət Fərziyevaya məxsusdur. Klipin prodüseri məktəbin digər musiqi müəllimi Rasim Fərziyevdir.