Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kişineuda Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılışı olub

09.11.2022 [12:03]

Xəbərin mətni

Azərbaycanın Moldovadakı səfirliyinin binası önündəki bağçada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rəsmi açılış mərasimində Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Moldovanın mədəniyyət naziri Serdjiu Prodan, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar və Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov iştirak ediblər.