Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzində Zəfər Günü qeyd edilib

09.11.2022 [12:46]

Xəbərin mətni

Bütün dünya azərbaycanlıları kimi Münhen azərbaycanlıları da Zəfər Gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə birgə həmin şəhərdə yerləşən Azərbaycan Evində keçirdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Səttar Kərimov qonaqları salamlayaraq onları Vətən uğrunda canlarından keçən şəhidləri bir dəqiqəlik sükutla anmağa dəvət edib.