Minskdə Azərbaycanın Zəfər Günü ilə bağlı qəbul keçirilib
09.11.2022 [13:33]
Xəbərin mətni
Belarusun paytaxtı Minsk şəhərində “Minsk Marriott Hotel”də Azərbaycan Respublikasının Zəfər Günü ilə əlaqədar qəbul keçirilib.
Ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi və tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününün əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.