SİYASƏT


Zəfər Gününün ikinci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi ölkəmizin Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar bu ölkədə rəsmi qəbul təşkil edib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, bu ölkənin federal nazirləri - Dövlətlər və Sərhəd Regionları üzrə Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə Məhəmməd İsrar Tarin, Parlament İşləri üzrə Murtaza Caved Abbasi iştirak ediblər.