SİYASƏT


Zəfər Günü və Fikrət Əmirovun yubileyi Avstriyada təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə Avstriyanın Zalsburq şəhərində yerləşən Motsarteum Fondunun Böyük Zalında təntənəli konsert proqramı və rəsmi qəbul təşkil olunub. Avstriyada klassik musiqi mərkəzlərindən biri olan və dahi Volfqanq Amadeus Motsartın doğulduğu Zalsburqda bəstəkarın adını daşıyan fondda ilk dəfə Azərbaycan klassik əsərləri səsləndirilib.