MƏDƏNİYYƏT


Madriddə Azərbaycan muğamı konserti təşkil olunub

Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Madrid şəhərində Azərbaycan muğamı konserti təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İspaniyanın dövlət və hökumət üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin və beyin mərkəzlərinin nümayəndələri, eləcə də İspaniyada yaşayan həmvətənlərimiz iştirak etdilər.