CƏMİYYƏT


Ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda həlak olan 88 şəhidin uyuduğu ünvan

Bura Sumqayıtın, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda həlak olan 88 şəhidin uyuduğu ünvandır.Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 126 nəfərin adı həkk olunan tarixi abidə də var.Hər gün yüzlərlə şəhər sakini və qonaqların ziyarətə gəldiyi xiyabanda daha çox gənclər, o cümlədən məktəblilər diqqət çəkir.