Azərbaycan Dövlət İnformasiya Agentliyi

Livan səmasında Azərbaycan bayrağı dalğalanıb

10.11.2022 [17:26]

Xəbərin mətni

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Livan səmasında Azərbaycan bayrağı dalğalanıb.
Ölkəmizin Livandakı müvəqqəti işlər vəkili Şahin Pənahov AZƏRTAC-a bildirib ki, paraşütlə Beyrut səmasına yüksələn Livan vətəndaşı Vassim Sebaali Azərbaycanın dövlət bayrağını dalğalandırıb. Paraşütçü bildirib ki, o, Azərbaycanın Zəfərinə sevinir və bu əlamətdar bayram günlərində xalqımızla həmrəyliyini nümayiş etdirir.