SİYASƏT


Türkiyə Prezidenti Ermənistanla münasibətlərin müsbət irəliləməsi üçün şərtini açıqlayıb

Ermənistan tərəfi ilə sonuncu dəfə Praqada görüşdük. Bunu özlərinə də açıq şəkildə söylədik: “Əgər Azərbaycanla əlaqələri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla əlaqələrimiz müsbət istiqamətdə gedəcək. Biz sizdən bunu gözləyirik. İstər dar çərçivədə, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bunu özlərinə açıq və qəti şəkildə söylədik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradan Səmərqəndə yola düşərkən Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır