Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Kürdəxanı qəsəbəsindəki yaşayış binasında yanğın zamanı 28 nəfər təxliyə olunub

11.11.2022 [09:55]

Xəbərin mətni

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.