CƏMİYYƏT


Kişineuda azərbaycanlı və moldovalı gənclərlə görüş keçirilib

Moldovanın paytaxtı Kişineuda azərbaycanlı və moldovalı gənclərlə görüş keçirilib.AZƏRTAC xəbər verir ki, Moldova Milli Kitabxanasının binasında keçirilən görüşdə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputatlar Vitaliy Jakot, xanım Marxelle Nistor, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva, Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov, Moldova Milli Kitabxanasının direktoru Yelena Pinteley, hər iki ölkənin fəal gəncləri, yerli KİV nümayəndələri iştirak ediblər.