MƏDƏNİYYƏT


Azərbaycan stendi Lüksemburq Beynəlxalq xeyriyyə Bazarının ziyarətçilərinin diqqət mərkəzində olub

Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında Azərbaycan böyük stendlə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, “Azersun”, “Meyseri ve Silkway Cargo” şirkətlərinin dəstəyi və bu ölkədə yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədovun təşkilatçılığı ilə Azərbaycan böyük stendlə Lüksemburq Beynəlxalq Bazarınə qatılıb.