CƏMİYYƏT


Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Qəbələnin Nic qəsəbəsində olub

Azərbaycan İlahiyyat İnstitutunun müəllim-tələbə kollektivi Beynəlxalq Tolerantlıq Günü münasibətilə ənənəvi təşkil olunan Qəbələ rayonunun Nic qəsəbəsinə səfər edib.
AZƏRTAC xəbər verir ki, institut kollektivi Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır