MƏDƏNİYYƏT


Azərbaycanlı gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc istedadların konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəz tərəfindən gənc istedadların dəstəkləndiyini və onların xaricdə mədəniyyətimizi təmsil etmələrinə şərait yaradıldığını bildirib. Qeyd edib ki, Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri avstriyalı musiqisevərlər üçün maraqlı proqram hazırlayıblar.