CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib

Noyabrın 13-də Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, əklil qoyulub, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.