SİYASƏT


Misirdə Azərbaycanın Zəfər Günü və əlamətdar bayramları münasibətilə tədbir keçirilib

Ölkəmizin Misirdəki səfirliyində Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, Türkiyə və Pakistanın diplomatları və hərbi attaşeləri, həmçinin Qahirədəki Azərbaycan icmasının üzvləri və yerli media təmsilçiləri iştirak ediblər.