İsveçrə Senatının sabiq sədri: Heydər Əliyevin beynəlxalq aləmə açıq olması bizim üçün əsl Qərb demokratiyası idi
14.11.2022 [16:17]
Xəbərin mətni
Heydər Əliyev hələ sovet dövründə beynəlxalq aləmə açıq bir şəxsiyyət idi. Bu, biz qərblilər üçün əsl Qərb demokratiyası idi. Heydər Əliyevin sayəsində Qərbi Avropa ölkələrinin nümayəndə heyətlərinin 1985-ci ildə Moskva Beynəlxalq Gənclər Festivalında iştirakına dair razılıq əldə olundu.Bu sözləri İsveçrə Konfederasiyası Senatının sabiq sədri, politoloq Filippo Lombardi AZƏRTAC-a müsahibəsində deyib.