MƏDƏNİYYƏT


Adil usta: Silahlardan qırğınlar törətmək üçün deyil, sülh üçün istifadə olunsun

Mina formalı tar, qırıcı təyyarə formasında kaman, boş gilizlərdən düzəldilən qaval…
Cəlilabadın Hacıcavadlı kənd sakini 86 yaşlı Adil Əmirov ömrünün çoxunu milli musiqi alətlərimizin hazırlanmasına həsr edib. Adil ustanın bu işə marağı ikinci sinifdə oxuyarkən yaranıb. Belə ki, taxta parçasından düzəltdiyi kiçik tar oyuncağı həmyaşıdlarının, həmçinin müəllimlərinin xoşuna gəldiyindən, onda bu işə böyük həvəs oyanıb.