DÜNYA


ABŞ-da aviaşou zamanı iki təyyarə toqquşub, ölənlər var

Dallasda keçirilən aviaşouda baş vermiş hadisə nəticəsində altı nəfərin həlak olması ehtimal edilir.
AZƏRTAC Dallas şəhəri administrasiyasının rəsmi bəyanatına istinadla xəbər verir ki, “Dallas Executive” aeroportunda keçirilən “Wings Over Dallas” tədbirində İkinci Dünya müharibəsi dövründən qalmış qırıcı təyyarələrin nümunəvi uçuşu zamanı iki təyyarə havada toqquşub və parçalanıb.